Minlərlə turist Maya Qiyaməti adlanan fenomeni yaşamaq üçün Meksikanın Yukatan yarımadasında yerləşən qədim Maya şəhərləri Tulum və Kobaya axışırlar.
Meridaya səyahət edən və əsasən Fransadan gəlmiş turistlər Yeni Maya Erası həyəcanını paylaşmaq üçün “Ruhi Planetar Sammit 2012” adlanan törənə qatılıblar.
21 dekabrda 5125 illik Maya təqviminə əsasən baktun adlanan 13-cü sikl sona çatır.
Maya təqvimini yozan bir neçə film və kitab bu tarixi qiyamət kimi təsvir edib. Amma arxeoloqlar və başqa tədqiqatçılar deyirlər ki, mayalılar heç zaman 2012-ci ilin dünyanın axırı olduğunu qeyd etməyiblər.
Meridanın özündə ruhanilər ümid etdiklərini bildirirlər ki, dekabrın 21-i dünyaya sevgi və sülh gətirəcək.