Belə məlum olur ki, hovuzda artıq vaxt keçirmək ibtidai məktəb illərini xeyli asanlaşdırmış ola bilərdi. Avstraliyada dərc olunan yeni araşdırmanın nəticələri göstərir ki, uşaq yaşlardan üzməyi öyrənən uşaqlar fiziki və zehni dönüş nöqtələrinə həmyaşıdlarından daha tez çatırlar.
Alimlər beş yaşında 7000 uşağın valideynləri ilə müntəzəm iş apardıqdan sonra müəyyən ediblər ki, uşaqlar nə qədər tez üzməyi öyəniblərsə bir o qədər tez müəyyən qabiliyyətlərə yiyələniblər.
Məktəbə getməzdən öncə üzməyi bacaran uşaqlar daha yaxşı motor-vizual qabiliyyətə malik olurlar. Yaşa dolduqca da onların istiqamət-bilmə, riyaziyyat, yazı və oxuma qabiliyyətləri daha üstün olur.
"Belə məlum olur ki, sinif otağında öyrənilən dərslərlə hovuzda əldə olunan təcrübə arasında mühüm oxşarlıq var," deyə araşdırmanın müəllifi Robin Yorgensen bildirir. Griffith Təhsil Araşdırma Mərkəzinin tədqiqatçısı deyir ki, üzgüçülük dillə hərəkət arasında olan harmoniyanı təkmilləşdirməklə qavrayışı gücləndirir.
Bunun effektlərin görmək çox vaxt aparmır. Alimlər müşahidə ediblər ki, üzməyə start verilməzdən öncə “bir, iki, üç” sayını gözləyən uşaqlar sərbəst rabitə qura bilməsələr də sürətli reaksiya qabiliyyətinə yiyələnmiş olurlar.