Elşad Abdullayevin yeni videosu
Your browser doesn’t support HTML5
Elşad Abdullayev hesab edir ki, cinayətin açılmasını sürətləndirmək və obyektiv istintaq aparılmasını təmin etmək baxımından yaydığı videomateriallar əhəmiyyətlidir.
“Bu yolla eyni zamanda həmin cinayətin açılması sahəsində fəaliyyətimə mane olmaq məqsədilə Azərbaycanda başıma gətirilənləri ictimaiyyətin diqqətinə çatdırmaq və özümü baş verə biləcək təhlükələrdən qorumaq istəyirəm. Çünki müəyyən qrup adamlar hətta Fransada belə məni təhdid etməkdən əl çəkmirlər” – deyə keçmiş rektor yazır.
Öz növbəsində rəsmi hakimiyyət Elşad Abdullayevin dediklərini bir qayda olaraq təkzib edir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Elşad Adbuıllayevin dediklərini və yaydığı videoları böhtan adlandırıb.