GAMOH lideri Amerikanın Səsinə verdiyi müsahibədə İran Azərbaycanında milli oyanışdan danışıb
Yuxarıdakı videoya baxmaqda problem yaşasanız müsahibəni buradan izləyin.
Hazırda ABŞ paytaxtı Vaşinqton şəhəri yaxınlığında yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhərqanlı dekabr ayının 3-ü Amerinın Səsinə müsahibə verib. Müsahibədə cənab Çöhrəqanlı İranda yaşayan azərbaycanlıların hazırki durumu, Urmu gölü problemi, Türkiyə və Azərbaycana buraxılmaması barədə suallara cavab verib.
Qarşıdakı həftələrdə Azərbaycana getməyi planlaşdırdığını dilə gətirən GAMOH lideri bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev İranda yaşayan azərbaycanlılarla bağlı daha aktiv siyasət yürütməlidir.
Onun sözlərinə görə, Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan CHP hökumətini azərbaycanlıları SSRİ əsgərlərinə öldürtməkdə ittiham edib: "Buna baxmayaraq hazırki Türkiyə hökuməti GAMOH liderinə qarşı eyni addımı atmaq planında olub" - deyə o, bildirir.
Cənab Çöhrəqanlı ABŞ konqresmeni Dana Rohrabaherin İranda yaşayan azərbaycanlıların öz müqəddəratını həlletmə hüququnu xatırlatmasını yüksək qiymətləndirdiyini bildirib.
Avqust ayında Əhər və Vərziqanda baş vermiş təbii fəlakətdən də söhbət açan GAMOH lideri İran rəsmilərinin nə özlərinin zərərçəkənlərə kömək etdiklərini, nə də digər azərbaycanlıların yardımlarını onlara çatdırdığını deyib.
Mahmudəli Çöhrəqanlının Amerikanın Səsinə müsahibəsini buradan da izləyə bilərsiniz.