Fələstinlilər BMT-də "qeyri-üzv müşahidəçi dövlət" statusu aldılar

BMT Baş Assambleyası cümə axşamı Fələstin İdarəçiliyinin statusunu yüksəltməyə səs verib. ABŞ və İsrail intensiv şəkildə bu ölçünün əleyhinə çıxıblar.

Qəbul edilən qətnamə Fələstin İdarəsinin statusunu “qeyri-üzv müşahidəçi qurum”-dan “qeyri-üzv müşahidəçi dövlət” statusuna qaldırır. Vatikanla eyni bir kateqoriyaya çıxmaqla fələstinlilər İsraillə danışıqlarda rıçaq qazanacaqlarına ümid bəsləyirlər.
Biz buraya illər əvvəl yaranmış dövlətin legitimliyini əlindən almağa gəlməmişdik, və bu, İsraildir; Biz dövlətin legitimliyini təsdiq etməyə gəlmişdik ki, indi həmin dövlət öz müstəqilliyini qazanmalıdır, və bu, Fələstindir.
Fələstin İdarəçiliyinin rəhbəri Mahmud Abbas

“Biz buraya illər əvvəl yaranmış dövlətin legitimliyini əlindən almağa gəlməmişdik, və bu, İsraildir; Biz dövlətin legitimliyini təsdiq etməyə gəlmişdik ki, indi həmin dövlət öz müstəqilliyini qazanmalıdır, və bu Fələstindir,” deyə fələstinlilərin lideri Mahmud Abbas bildirib.

Öz növbəsində İsrailin BMT-dəki səfiri Ron Prosor deyib ki, bu addım mübahisəli ərazilərdə məskunlaşma kimi problemlərin spesifikliyini qulaqardına vurur ki, bu, da Qüdslə Ramallah arasında birbaşa danışıqları əvəzləyə bilməz.

Fələstin liderləri uzun müddət ölçüyə müxtəlif dövlətlərin dəstəyini qazanmaq istiqamətində iş aparıblar. Bu yönümdə fələstinlilər Fransa və İspaniya kimi Avropa dövlətlərinin dəstəyini qazanmağa nail olublar.

Qətnamənin lehinə 138, əleyhinə isə 9 millət səs verib. 41 dövlət bitərəf qalıb.

Azərbaycan nümayəndəliyi qətnamənin lehinə səs verib.