Avstraliyada kolluqlar yanır

Avstraliyada son iki həftə ərzində ikinci iri yanğın Cənubi Avstraliya ştatında sakinlərin evakuasiyasına səbəb olub.

Rəsmilər yanğının evləri və mülkiyyəti təhlükə qarşısında qoyduğunu deyirlər.

Beş su bombardmançısı və 120 yanğınsöndürən Port Linkoln şəhərinə yaxınlaşan alovun qarşısını almağa çalışıblar.

Yanğın şəhər yaxınlaşdıqca üfüqdə nəhəng tüstü buludları peyda olub.

İndiyədək 500 hektar kolluq və ferma sahələri yanıb, amma xəsarət alan yoxdur.