Hindistan baş naziri kabineti dəyişdirdi

Hindistan baş naziri Manmohan Sinqh 2014-cü ildə yaxınlaşan ümummilli seçkilər ərəfəsində hökumətinin imicini yaxşılaşdırmaq üçün kabinetdə dəyişikliklər edib. Yaşlı nazirlərin vəzifələrindən istefa verməsindən və gənc müavinlərinə yer açmalarından sonra yeni kabinetin sifəti cavanlaşıb.

Cənab Sinqhin Konqres Partiyası ictimaiyyətdən siyasi dəstək qazanmağa can atır. Ötən ay hökumət ölkədə xarici supermarketlərin fəaliyyətinə və dizel qymətlərinin artmasına icazə verdikdən sonra hakim koalisiyada mühüm müttəfiqini itirdi. Hökumət indi effektiv olaraq azlıqdadır.

Habelə son bir neçə ildə Konqres Partiyası korrupsiya ittihamları ilə üzləşir. Milli auditor müəyyən edib ki, 2004-2009-cu illər arasında hökumətin qeyri-rəqabətcil və qeyri-şəffaf qaydada tenderlər aparması nəticəsində Hindistanın dövlət büdcəsinə 34 milyard dollar ziyan dəyib.