Ukraynada parlament seçkiləri keçirilir

Ukraynalılar bir çox Qərbli müşahidəçilərin demokratiyanın testi kimi qiymətləndirdikləri parlament seçkilərində səs veriblər.

Prezident Viktor Yanukoviçin rəhbərlik etdiyi hakim Regionlar Partiyası parçalanmış Qərb təmayüllü müxalifət qarşısında parlamentdəki çoxluğunu qoruyub saxlamağa çalışır.

Seçicilər 450 yerlik parlamentin yarısını proporsional partiya siyahısı əsasında, yerdə qalanları isə müvafiq coğrafi dairələrdə fərdi namizədləri seçməklə müəyyən edəcəklər.

Müşahidəçilər Regionlar Partiyasının fərdi namizədlər üçün olan səsvermədə nisbətən uğurlu nəticələr əldə edəcəyini proqnozlaşdırır. Güman edilir ki, hakim partiyanın nümayəndələri kommunistlər və müstəqil deputatlarla birgə koalisiya yaradacaqlar.

Paytaxt Kiyevdə səs verən cənab Yanukoviç ukraynalıları sabitliyə səs verməyə çağırıb.