Nigeriyada terror aktı təriqətlərarası durumu gərginləşdirib

Nigeriya rəsmiləri və şahidlər şimali Kaduna şəhərində intiharçının içərisinə bomba doldurulmuş maşını kilsəyə çırpdığını deyirlər. Nəticədə azı yeddi adam ölmüş və iki əlavə adamın ölümünə bais olan qisas hücumları baş vermişdir.

İntiharçı “Jeep” markalı maşını Kadunanın Malali məhəlləsində səhər ibadəti vaxtı Müqəddəs Rita kilsəsinə sürərək iri partlayış törədib. Xilasedicilər qurbanları xəstəxanalara çatdırmağa çalışıblar.

Şahidlər insidentdən sonra qəzəbli xristian gənclərin əllərində maşet və dəyənəklərlə küçələri dolaşdıqlarını və iki müsəlmanı ölənədək döydüklərini bildiriblər.

Kilsədəki partlayışa görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib.

Nigeriyada Boko Haram militant qrupu keçmişdə kilsələrlə bomba və silahlarla hücum edib. Həmin qrup Kadunada başqa partlyiş üçün məsuliyyəti öz üzərinə götürüb.

Kaduna şəhəri Nigeriyanın xristian cənubi ilə müsəlman şimalı arasında ayırıcı xəttdə yerləşir.