Almaniya kansleri Angela Merkel Holokost qətliamında öldürülmüş minlərlə etnik qaraçı üçün tikilmiş xatirə abidəsinin açılışında iştirak edib.
Xatirə abidəsinin açılışı xanım Merkelin iştirakı ilə çərşənbə günü Almaniyanın paytaxtı Berlində keçirilib. Dairəvi hovuz formasında olan abidə Almaniya parlament binasının yanında yerləşir.
Nasistlər yəhudilərlə davrandıqları kimi qaraçılara da genetik olaraq aşağı təbəqənin insanları kimi yanaşıblar. İkinci Dünya Müharibəsi dövründə dəqiq nə qədər qaraçının ölüm düşərgələrinə yığılıb qətlə yetirildiyi məlum deyil, lakin öldürülənlərin yarım miliyon olduğu ehtimal edilir.
Bu abidə Berlində Holokosta həsr edilmiş üçüncü abidədir. Orada həmçinin ölüm düşərgələrində qətlə yetirilənlərin əksəriyyətini təşkil edən yəhudilər və homoseksual olduqları üçün öldürülən insanların xatirəsinə qoyulmuş abidələr var.