Dəməşqdə içərisinə bomba doldurulmuş taksi polis məntəqəsi yaxınlığında partladılıb. Nəticədə 13 adam həlak olub, 29 yaralanıb.
Partlayış əsasən xristianların məskunlaşdığı Bab Tuma məhəlləsində baş verib. Dəməşqin ən qədim məhəllələrindən biri həmçinin populyar ticarət məkanı sayılır.
Partlayışa görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib, amma keçmişdə islamçılar Suriya təhlükəsizlik qüvvələrini hədəf alıblar.
Suriyada xristianların əksəriyyəti prezident Bəşar əl-Əsədi dəstəkləyir.
Bu arada BMT-Ərəb Liqasının elçisi Laxdar Brahimi prezident Əsədlə görüşüb. Brahimi dördgünlük Qurbanlıq Bayramı vaxtı atəşkəsin əldə olunmasına çalışır. Onun sözlərinə görə görüşdüyü tərəflər ona vədlər veriblər, amma bu vədlərə əməl olunacağına əmin deyil.