Rusiya Şimali Qafqazda anti-militant əməliyyat keçirib

Rusiya hökuməti təhlükəsizlik qüvvələrinin Şimali Qafqazda keçirdikləri anti-terror əməliyyatı nəticəsində 49 militant öldürdüyünü deyir.

Rusiya Anti-Terror Komitəsinin sözçüsü Nikolay Snitsov bildirib ki, Rusiya qüvvələri habelə 30 militantı yaxalamış, 90 militant bazasını məhv etmiş və bütün region boyu silah anbarlarını ələ keçirmişlər.

Sözçü əməliyyatın nə vaxt keçirildiyini açıqlamayıb. Amma militantların təchizat şəbəkəsini sındırdıqlarını deyib.

Çərşənbə axşamı təhlükəsizlik qüvvələrini rəhbərləri ilə görüşdə Rusiya prezidenti Vladimir Putin militantların qarşıdan gələn iri tədbirləri, o cümlədən 2014-cü il Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarını pozmasının qarşısını almaq üçün lazəmi ölçülər götürməyi əmr vermişdi. Onun sözlərinə görə tədbirlərin “normal, öz məcrasında, bayram-xarakterli” keçməsini təmin etmək “şərəf məsələsidir.”