Nobel komitəsi: "Avropa Birliyi müharibə qitəsini sülh qitəsinə çevirib"

2012-ci ilin Nobel Sülh Mükafatını Avropa İttifaqı əldə edib.

Norveç Nobel Komitəsi qalibin adını bu gün Osloda keçirilən mərasimdə açıqlayıb.

Komitə bildirir ki, birlik və onun əsas üzvləri 600 ildən artıqdır ki, Avropada sülhün, demokratiya və insan haqlarının yayılması üçün səylərini əsirgəməyib.

Komitənin məlumatına görə, Avropa Birliyinin ağır iqtisadi çətinliklərlə üzləşməsinə baxmayaraq, birlik bu illər ərzində Avropanı müharibə qitəsindən sülh qitəsinə çevirməyə müvəffəq olub.

Avropa Şurasının prezidenti Hose Manuel Barroso bu mükafatı qurum üçün yüksək qiymətləndirərək deyib ki, bu, dünyanı sülhə aparan unikal bir layihənin ədalətli şəkildə təqdir edilməsidir.