Zabitlərini öldürən Şimali Koreya əsgəri cənuba qaçdı

Cənubi Koreya rəsmiləri deyirlər ki, Şimali Koreya əsgəri iki zabiti öldürdükdən sonra cənuba qaçıb.

Cənubi Koreya Müdafiə Nazirliyinin rəsmisi deyir ki, qaçış şənbə günü güclü istehkamlanmış Demilitarizasiya Zonasının qərb sektorunda baş verib.

Rəsmi deyir ki, əsgər hazırda dindirilir və o, sərhədi keçməzdən öncə iki zabiti güllələdiyini etiraf edib.

Demilitarizasiya Zonasında qaçışların baş verməsi nadir haldır. Belə ki, sərhədə tam silahlanmış hər iki tərəfdən güclü nəzarət olunur.