Şəhriyar Hacızadə Amerikanın Səsi radiosuna bildirib ki, səhhətlərində ciddi problem yoxdur, özlərini yaxşı hiss edir
Sentyabrın 4-də İranda həbsdən azad edilmiş Azərbaycan şairləri Şəhriyar Hacızadə və Fərid Hüseyn Biləsuvar sərhəd keçid məntəqəsində İran sərhədini keçərək Azərbaycan ərazisinə daxil olub.
Şəhriyar Hacızadə Amerikanın Səsi radiosuna bildirib ki, səhhətlərində ciddi problem yoxdur, özlərini yaxşı hiss edir.
Bununla yanaşı o hansı şəraitdə həbs edilmələri, harada saxlanmaları, onlarla həbsdə necə davranılması ilə bağlı suallara cavab verməyib. “Sadəcə çox yorulmuşuq və yaxın günlərdə bununla bağlı mətbuat konfransı keçirib məlumat verəcəyik” – deyə qeyd edib.
Azərbaycan şairləri Şəhriyar Hacızadə və Fərid Hüseyn bu il aprelin 29-da İranda keçirilən şer festivalına dəvət edilib. Mayın 2-də şairlər Azərbaycana qayıdarkən Təbriz şəhərində həbs edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi şairlərin həbsdən azad edilməsi tələbi ilə İrana beş etiraz notası göndərib, bir neçə dəfə yüksək səviyyədə məsələni İran qarşısında qaldırılıb.

Öz növbəsində, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bu gün iki Azərbaycan yazarının azad edilməsi haqqında bəyanat verib. İranın Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, Mehmanpərəst iki Azərbaycan vətəndaşının İrana səfəri zamanı “qeyri-adi əlaqələrə girdiklərinə görə” saxlanmışdılar.
Mehmanpərəst bunun nədə özünü göstərdiyi və onların kiminlə qeyri-adi əlaqəyə girdiyini açıqlamayıb.