Hillari Klinton Çində səfərdədir

ABŞ dövlət katibi Hillari Klinton Çin paytaxtı Pekinə yola düşüb. O, Cənubi Çin dənizində ərazi mübahisəsinin həlli istiqamətində Çin liderlərinə güclü mesaj şatdıracağına söz verib.

Klinton münaqişənin nizamlanması kodunun müəyyən edilməsi üçün Çinin Cənub-Şərqi Asiya Dövlətləri Təşkilatı (ASEAN) ilə birgə işləməsini istəyir. O, bu əməkdaşlığıntəbii ehtiyatlarla zəngin regionda gərginliyin artmasının qarşısını alacağına ümid edir.
Demək olar ki, bütün dənizin öz ərazisi olduğunu iddia edən Pekin belə bir razılığın imzalanmasına müqavimət göstərir.

İndoneziyadan Çinə getməmişdən əvvəl xanım Klinton Cakartada İndoneziya prezidenti Susilo Bambanq və ASEAN baş katibi Surin Pitsuvanla görüşüb.