Rusiyada "Pussy Riot" - “Pişik Qiyamı” adlı rok qrupunun üzvlərinin Putinə etiraz edən mahnının ifası zamanı geydikləri rəngbərəng maskalardakı şəkilləri bütün dünyanı dolaşıb. Amma onların anti-Putin ifası və məhkum olunmaları ictimaiyyət tərəfindən necə qarşılanır?
"Pussy Riot"-un prezident Vladimir Putinə qarşı dünyanı dolaşan videosu milyonlarla tamaşaçı cəlb edib. Rusiyanın özündə rok qrupu barədə fikirlər haçalanıb. Mühafizəkar millətçilər onlar üçün iki illik həbs cəzasını dəstəkləyirlər. Bu insanlar Rusiyanın Miloserdiye Pravoslav xeyriyyə təşkilatının nümayəndələridir.
Liya Smirnova Rusiya Pravoslav gənclər təşkilatında işləyir. O, ümid edir ki, məhkəmənin çıxardığı qərar etiraz aksiyalarının kilsələrin hüdudlarından kənarda qalmasına yardım edəcək. “Burada əsas məsələ bizim, Rusiya pravoslav kilsəsinə inananların belə hoqqaların bir daha kilsədə təkrar olunmamasına əmin olmaqdır.” - deyə, o bildirir.
Lakin Yana adlı bu qız “Pişik Qiyamını” dəstəkləyir. O, hal-hazırda qrupu dünyada məşhurlaşdıran maskalardan geyinib. Yana deyir ki, o, həbs edilən qızları dəstəkləməyə gəlib. O, məhkəmənin gedişini izlədiyini və məhkəmə sisteminin tamamilə dəhşət olduğunu deyir.
Bazar ertəsi polis "Pussy Riot"-u dəstəkləyənləri Moskvanın mərkəzindən qovmuş rəsmilər 6 ay bundan əvvəl Putinə qarşı etiraz mahnıları oxuyan əlavə iki qadının axtarışda olduqlarını bildirib.
"Pussy Riot"-u dəstəkləyən Alla adlı bu qız Amerikanın Səsinə etirazçıların polis tərəfindən avtobusa doldurulduğunu deyir. “Burada qanun işləmir. Bu, necə qanundur ki, qızlar həbsxanadadırlar? –deyə, o sual edir.
Rusiyalı milyonçu Aleksandr Lebedev Pişik Qiyamı qrupunun üzvləri olan qadınların və müxalifət lideri Aleksey Navalninin həbslərinin Kreml tərəfindən sifariş olunduğunu deyir. “Navalninin işindən dərhal sonra mən başa düşdüm ki, bu, əvvəlcədən qurama işdir və qızların da işi eynilə siyasi tapşırıqdır.”
Lebedev deyir ki, Rusiyada problemlərə yeganə çarə demokratiyadır. “Mənim dediklərim indiyədək kəşf olunmuş parlament, seçkilər, azad media, müstəqil məhkəmə, daimi müxalifət və konstitutsion hakimiyyətdir.
Lakin Lebedev öz vətənində qala bilmir. Bir neçə gün əvvəl o, Rusiyada olan bütün yatırımlarını satdığını və Londona köçəcəyini elan edib.