Londonda medal qazanan azərbaycanlıların əvvəlki titulları [Fotoqalereya]

Azərbaycan Olimpiya Yığması XXX London Yay Olimpiya Oyunlarını 10 medalla 30-cu başa vurdu. İdman mütəxəssisləri bu nəticəsini Azərbaycan üçün böyük uğur hesab edir. Sizə Olimpiadada medal qazanan Azərbaycan idmançılarının əvvəlki titullarını təqdim edirik (Siyahıya fotoqalereyadan sonra baxın):

Londonda Azərbaycan idmançılarının mübarizə anları



Toğrul Əsgərov - 2008-2009-cu illərdə yeniyetmələr arasında keçirilən Avropa çempionatının qalibi, 2010-cu ilin gənclər arasında keçirilən Avropa çempionatının qalibi və dünya ikincisi, Moskvada keçirilən böyüklərin dünya çempionatının gümüş mükafatçısıdır.

2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmışdır.

Şərif Şərifov - 2009-cu ildə o, Dünya çempionatında bürünc medal qazanıb. Bir il sonra Avropa çempionatında 2-ci olan Şərifov 2011-ci ildə dünya çempionu tituluna yiyələnib. Həmin il həmçinin Avropa çempionatının bürünc, Bakıda keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsinin qızıl medalını qazanıb. Londona 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında qalib olmaqla lisenziya qazanan Şərif Olimpiadada Türkiyə, ABŞ, İran ve Puerto-Rika idmançılarını məğlub edərək Azərbaycana qızıl medal qazandırıb.

Rövşən Bayramov - İki qat Olimpiya ikincisi (2008; 2012). 2009-cu ildə Dünya çempionatında bürünc medal qazanıb. 2011-ci ildə isə o, dünya çempionu adına yıyələnib. Rövşən həmçinin ikiqat Avropa ikincisidir. O, 2008-ci ildə FİLA tərəfindən ilin ən güclü yunan-Roma güləşçisi adını qazanıb.

Mariya Stadnik - 2008-ci ildə Gənclər arasında Avropa çempionatında 1-ci olan qadın güləşçi eyni ildə Pekin Olimpiya Oyunlarında bürünc medal qazanıb. 2009-cu ildə dünya çempionu olan 2011-ci ildə bir pillə geriyələyərək ikinci oluv. O, üçqat Avropa çempionudur (2008: 2009: 2011). Londonda isə o, finalda məğlub olaraq gümüş medal qazanıb.

Valentin Xristov - 56 kq-da yarışan Xristov 2011-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatının bürünc medalçısıdır. O, 2012-ci ildə Türkiyənin Antalya şəhərində Avropa çempionu adına yiyələnib. Yeniyetmələr arasında dünya rekordçusu Londonda bürünc medalla kifayətlənib.

Məhəmmədrəsul Məcidov - 2011-ci ilin oktyabr ayında Bakı şəhərində keçirilən boks üzrə dünya çempionatında 91+ çəkidə qızıl medal alıb. 2012-ci il London Yay olimpiya oyunlarının bürünc mükafatçısı olub.

Teymur Məmmədov - 2011-ci il Dünya Çempionatında 91 kq çəki dərəcəsində gümüş medal qazanıb. Eyni ildə Avropa çempionu olan Teymur Londonda bürünc medalı aktivinə yazıb.

Emin Əhmədov - London Olimpiadasında bürünc medal qazanıb

Yuliya Ratkeviç - 2009-cu ildə Dünya Çempionu olan güləşçi bir il sonra ikinci yeri tutub. Yuliya həmçinin 2011-ci ilin Avropa Çempionudur. O da Londonda bürünc mükafatçı kimi fəxri kürsüyə çıxıb.

Xetaq Qazyumov - 2008-ci ilin Olimpiya üçüncüsü 2009-cu ildə Dünya ikincisi olub. Bir il sonra isə Xetaq Dünya Çempionatında qızıl medal qazanıb. London Olimpiadası onun üçün bürünc medalla yadda qalıb.