Suriya müxalifət fəalları deyir ki, BMT ölkədə müşahidə missiyasını başa vurduqdan bir gün sonra prezident Bəşar Əl-Əsədin qüvvələri paytaxtın bir hissəsini və Hələb şəhərini ağır artileriyadan hücuma tutub.
Suriya İnsan Haqlarını Müşahidə qrupundan Amerikanın Səsinə bildiriblər ki, hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər habelə Dəməşqdəki əsas hərbi hava limanında da qeydə alınıb.
Qrupun direktoru Rami Əbd Əl-Rəhmanın Amerikanın Səsinə verdiyi məlumata görə, dünən ölkə boyu 180-dən çox insan həlak olub. O deyir ki, Dəməşq yaxınlığındakı Qatana şəhərində əlavə 65 naməlum cəsəd aşkar edilib.
Dünən BMT Təhlükəsizlik Şurası Suriyada müşahidə missiyasının sona çatmasına icazə verib. Mandat bazar günü sona çatmalı idi. Şura deyir ki, müharibə gedən ölkədə siyasi ofis yaratmağa ümid edir.