Bağdad yenə qan içində

Dünən baş vermiş iki bomba partlayışı səbəbilə matəm içərisində olan İraq paytaxtının sakinləri partlayışların vurduğu ziyanı aradan qaldırmağa çalışırlar. Dünənki hücumlar zamanı 59 nəfər həlak olub, çoxları isə yaralanıb.

İlk hücum zamanı avtomobil Şiə müsəlmanları məhəlləsi sayılan Sədr şəhərində çoxsaylı maşının olduğu kəsişmədə partlayıb. Polis və hospital rəsmiləri deyir ki, partlayış 6 nəfərin həyatına son qoyub, 40-dan çox insan isə yaralanıb.

Sədr şəhərindəki parltayışdan dərhal sonra başqa bir avtomobil Bağdadın Zəfəraniyyə rayonunda kafelərdən birinin önündə partladılıb. Parlayış baş verən zaman insanlar iftarlarını açıb küçəyə çıxırmışlar.

Dünənki hücumlara görə hələlik heç kəs məsuliyyəti öz üzərinə götürməyib.