İnfeksion xəstəliklər aeroportlarda daha çox yayılır VİDEO

  • Nərminə Cəlalqızı
Massaçusets Texnologiya İnstitutu aeroportlarda xəstəliklər və epidemiyaların araşdırmalarını aparıb. Araşdırmaların nəticələri göstərir ki, Nyu-York, Los-Anceles və Honolulu aeroportlarında infeksion xəstəliklərin daha çox yayılma etimalı var.

Your browser doesn’t support HTML5

Aeroportlarda xəstəliklər daha tez yayılır



Təyyarələr təkcə insanları daşımır. Onlar özləri ilə həm də zökəm, sətəlcəm və vərəm kimi xəstəlikləri yayır. Yatta Monrel adlı sərnişin səyahətə çıxmazdan əvvəl viruslara qarşı iynə vurdurduğunu və əl üçün antibakterial təmizləyici maddədən istifadə etdiyini deyir. O, Los-Ancelesdən Honq-Konqa və Malayziyaya uçur. Hər dəfə uçarkən hansısa xəstəliyə yoluxacağından narahat olduğunu deyir.

Massaçutses Texnologiya İnstitutunun apardığı araşdırmaların nəticələri göstərib ki, Birləşmiş Ştatların bəzi aeroportlarında xəstəliklər daha tez yayıla bilir. Araşdırmalar zamanı təyyarələrin sayı və məsafələr nəzərə alınıb. Nyu-Yorkun Kennedi və Los-Ancelesin LAX aeroportları bu sarıdan ön sırada yer alır.

Elmi işçi Ruben Huanes ölkənin ən kiçik aeroportlarından biri olan Honolulu aeroportunun epidemiya mənbəyi kimi üçüncü yeri tutmasından təəccübləndiyini deyir. Skype-la danışarkən o, bunun səbəbini izah edir. “Bu, okeanın ortasında bir adadır və hər tranzit uçuşu yoluxmuş sərnişinləri minlərlə kilometr uzaqlara aparır.”

Araşdırmalar infeksiyalara sərnişinlərin yolda olduğu müddətdə baş verdyini və təyyarələrin gecikməsinin səbəb olduğunu göstərib.

Cənubi Kaliforniya Tibb Universitetindən professoru Tomas Valenti yolxucu xəstəliklərə aeroportlarda digər nəqliyyat sistemlərindən daha çox tutulma şansının daha çox olduğunu deyir. “Aeroportlarda sərnişinlər, yola düşən və ya gələn müsafirləri qarşılayan, insanlar bir-birlərinə yaxın təmasda olurlar.”

Bəzən sərnişinlər yoluxucu xəstəliklərə evlərindən çox uzaqlarda tutulurlar. Cənubi Kaliforniyanın Qlobal Sağlamlıq İnstitutunun rəhbəri Conatan Samet: “İnsanlar yoluxucu xəstəliklərə çox zaman sadəcə toxunduqları yerlərdən tutulurlar. Mikroblar təyyarələrdə, tualetlərdə, qapıların dəstəyində olur.”

Massaçutses Texnologiya İnstitutundan Ruben Huanes araşdırmaların xəstəliklərin yayılması barədə xəbərdalıq edilməsinə və yayılma marşrutunun tədqiqinə yardım etdiyini deyir.