ABŞ dövlət katibi Afrika ölkələrinə səfərə çıxır

ABŞ dövlət katibi Hillari Klinton çərşənbə axşamı Afrikaya edəcəyi bir həftəlik səfərini Seneqaldan başlayacaq. Səfər haqda məlumatda xanım Klintonun Seneqal da daxil edilməklə, digər bir neçə ölkəyə gedəcəyi deyilir

Birləşmiş Ştatlar rəsmilərinin bildirdiyinə görə, dövlət katibi Seneqalın paytaxtı Dakarda universitet tələbələri qarşısında demokratiya ilə bağlı nitq söyləyəcək.