Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Türkmənistanın və İranın bəyanatlarını şərh edib
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu son zamanlar Xəzərdə Azərbaycan və Türkmənistanın sektorunun sərhədində yerləşən “Kəpəz” (Türkmənistanda “Sərdar” adlanır) neft yatağı ilə bağlı qarşılıqlı notaları ilə bağlı Amerikanın Səsi radiosuna müsahibə verib. Politoloqun fikrincə, Türkmənistanın son bəyanatlarının arxasında Rusiya durur. “Bütün bu bəyanatların arxasında Nabucco layihəsinə qarşı birləşən qüvvələr durur. Bu bəyanat Amerika dövlət katibinin regiona səfərindən sonraya təsadüf edir”, - deyə bildirib.
Cənab Oruclu buna parlaq misal kimi Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya son səfəri zamanı Azərbaycan rəsmilərini Nabucco-da iştirakdan çəkinməyə açıq çağırışını göstərib. “Rusiyanın təhdid dolu bəyanatı başa düşüləndir. Çünki, Nabucco layihəsi Rusiyanın Avropa bazarında monopoliyasına qarşı yönəlib. Bu kəmərin çəkilməməsi Rusiya üçün həyatı əhəmiyyət kəsb edir”.

Your browser doesn’t support HTML5