Ankoloji xəstəlikdən əziyyət çəkən tanınmış vəkil ABŞ-da Corc Vaşinqton Universitetinin klinikasında müalicə olunurdu
İyunun 22-də məşhur vəkil İsaxan Aşurov vəfat edib. O, ankoloji xəstəlikdən əziyyət çəkirdi və ABŞ-da müalicə aldığı klinikalardan birində dünyasını dəyişib.
Mərhumun oğlunun verdiyi məlumata görə, İsaxan Aşurovun cənazəsi bazar ertəsi vətənə gətiriləcək. “Atam onu Gürcüstanın Bolnisi rayonunun doğma Fəxralı kəndində dəfn etməyi vəsiyyət etmişdi”, deyə mərhum vəkilin oğlu bildirib.
57 yaşlı Aşurov ölkədə siyasi fəalları və jurnalistləri müdafiə edən ən məşhur və fəal vəkillərdən biri idi.
Aşurov vəkilliyə bir neçə il saxta ittihamla həbsxanada yatdıqdan sonra, 90-cı illərdə gəlmişdi.
1993-cü illərdə qiyamçı Sürət Hüseynovun dəstələri Qazax rayonunu ələ keçirməyə çalışdığı zaman o, polis polkovniki və rayon polis idarəsinin rəisi idi. Bununla belə, hakimiyyət onu vəzifə səlahiyyətlərini aşmaqda ittiham etdi və həbsə atdı.
Qarabağ münaqişəsi başladıqdan sonra İsaxan ölkənin və onun vətəndaşlarının müdafiəsinə ilk qalxan insanlardan biri oldu.
Aşurov mövqeyinə və xasiyyətinə görə böyük nüfuz və hörmət sahibi idi. O, öz intellekti və geniş dünyagörüşü ilə həmişə polislər arasında seçilirdi.