İran əhalisinin ən azı 20 faizini, yəni 20 milyon nəfərini sünni məzhəbli müsəlmanlar təşkil edir
İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidanın cümə namazının rəhbəri Mövləvi Əbdülhəmid iyunun 21-də sünni ruhanilərin toplantısında çıxış edib.
“Media forum” saytının məlumatına görə, Mövləvi Əbdülhəmid deyib ki, İranda ayrı-ayrı dinlərə və məzhəblərə malik müxtəlif xalqlar yaşayır və islam qardaşlığından dəm vuran hakimiyyət onlar arasında hər hansı ayrı-seçkiliyə yol verməməlidir: “Ölkənin sünni məzhəbli əhalisinin tutub getdiyi istiqamət qardaşlıq və başqalarına yaxınlaşmaq yoludur. Biz şiələri özümüzə qardaş sayır, onların müqəddəslərinə hörmətlə yanaşırıq. Bunun müqabilində isə onlardan bizimlə bu tərzdə davranmasını, müqəddəslərimizə hörmətlə yanaşmasını, onları təhqirini dayandırmasını tələb edirik.
İranda şiəlik gerçəklik sayıldığı kimi sünnilərin də mövcudluğu bir gerçəklikdir. Bunu heç kəs inkar edə, dana bilməz. Dünya müsəlmanlarının əksəriyyəti sünnilərdir. Bütün bunları nəzərə alaraq ölkə rəsmilərindən gözlədiyimiz odur ki, sünni vətəndaşların sözlərinə qulaq asıb onların tələblərini yerinə yetirsinlər. Ölkənin sünni vətəndaşlarının istəyi qanunun icrasından başqa bir şey deyil. Aparılan araşdırmalara görə, ölkə əhalisinin ən azı 20 faizini, yəni 20 milyon nəfərini sünni məzhəbli müsəlmanlar təşkil edir. Bizim bu ölkənin vətəndaşları olaraq rəsmilərdən gözlədiyimiz odur ki, sünni məzhəbli vətəndaşların uşaqlarını da rəsmi işə götürsünlər və ya vəzifə bölgüsü olanda bunları da nəzərə alsınlar. Biz istəyirik ki, ayrı-seçkiliyə yol vermədən uşaqlarımızı silahlı qüvvələrə götürsünlər ki, vaxtı gələndə vətənin müdafiəsinə qalxa bilsinlər.
Bizim sünni məzhəbli vətəndaşlar olaraq digər bir tələbimiz odur ki, insanlarımız ölkənin iri şəhərlərində sərbəstcəsinə gəzib dolana bilsinlər, öz məzhəbi vəzifələrini yerinə yetirə bilsinlər. Biz istəyirik ki, sünnilərin öz məscidi və öz mədrəsəsi olsun. Biz paytaxt Tehranda sünnilərə məxsus məscidlərin açılması tələbindən heç vaxt vaz keçməyəcəyik. Biz öz məscidlərimizdə ibadət etmək, öz cümə namazımızı təşkil etmək istəyirik. Əgər doğrudan da dünya müsəlmanların birliyini istəyirsinizsə, bunu ölkənin daxilindən başlayın. Bunun yeganə yolu isə sünni məzhəbli vətəndaşların qəlbini ələ almaqdır”.