Norveçli qatil Anders Breyvikin məhkəməsi başa çatır

Anders Bering Breivik

Norveçdə qətliam törətmiş Anders Behring Breyvik məhkəməsi bu gün son gününə daxil olub. Müdafiə tərəfi onun 77 nəfərin həyatına son qoyan iki hücum həyata keçirərkən özündə olduğunu sübut etməyə çalışır.

Breyvik qətliam törətdiyini etiraf edib. O, Osloda hökumət binasını və gənclərin siyasi düşərgəsini bombalarla və odlu silahdan atəşə tutmuşdu.

O, iki psixiatrik yoxlamadan keçib və onlardan biri Breyvikin əqli baxımdan çatışmazlığının olduğunu aşkara çıxarsa da, digəri onun əqli probleminin olmadığını bildirib.

Breyvik məhkəmə ifadəsində deyib ki, onu dəli kimi qələmə verən hesabat məhkəmə tərəfindən müəyyən edilən psixiatrın saxta dəlilləri əsasında hazırlanıb. Məhkəmə onu əqli cəhətdən problemli şəxs kimi tanısa Breyvik həbsxanaya yox, əqli çatışmazlığı olan xəstələr dispanserinə köçürülə bilər.

Əks təqdirdə o, 21 illik mütləq həbsə məhkum oluna bilər. Bundan sonra isə Breyvik yalnız cəmiyyətə təhlükəli sayılmadığı təqdirdə azadlığa buraxıla bilər.

Hökmün iyul və ya avqust ayında veriləcəyi gözlənilir.