Müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palata seçki hüququ ilə bağlı dinləmə keçirib. Dinləmələrdə hazırki seçki qanunvericiliyinin 2013-cü ildə keçiriləcək prezident seçkilərinin ədalətli, şəffaf və demokratik keçirilməsinə imkan vermədiyi bildirilib. Ölkədə demokratik seçki mühiti mövcud deyil. Digər tərəfdən seçki qanunvericiliyindəki boşluqlar xalqın iradəsini azad ifadə etməyə imkan vermir.
Hüquqşünas Hafiz Həsənov ölkədəki bütün problemlərin kökündə seçki amilinin durduğunu deyib. “Ədalətli seçkilər keçirilməyənədək problemlər həllini tapmayacaq. 2005-ci ildən başlayaraq seçki qanunvericiliyinə edilən dəyişikliklər qanunvericiliyi mürtəce hala salıb”.
Onun sözlərinə görə, seçki problemləri ən çox seçki komissiyalarının tərkibi, namizədlərin qeydiyyata alınması, imzaların yoxlanılması, texniki səhvlərə görə qeydiyyatdan imtina, təbliğat müddətinin azaldılması, müşahidəçilik, seçki şikayətlərinin araşdırılması ilə bağlıdır. Şikayətləri araşdıran ekspert qrupunun
Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibində fəaliyyət göstərməsi şikayətlərin obyektiv araşdırılmasına imkan vermir. “Seçki komissiyalarının təşkili, namizədlərin qeydə alınması, seçki şikayətlərinin obyektiv araşdırılması “Seçki Məcəlləsi”nə dəyişikliklərlə bağlı prioritet istiqamətlərdir”.
Seçki qanunvericiliyində dəyişikliklərə nail olmaq üçün partiyalar, vətəndaş cəmiyyəti institutları, müstəqil ekspertlərdən ibarət işçi qrup formalaşdırılması təklif olunub. Eyni zamanda, Avropa Şurasının Venesiya komissiyası, ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlıq gücləndirilməsi vurğulanıb.
Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, müxalifət partiyalarının “Seçki Məcəlləsi”nə dəyişikliklərlə bağlı hazır layihəsi var. “Sənəd parlamentə təqdim olunub, amma parlament buna məhəl qoymayıb”.
Onun fikrincə, seçkidə daha bir problem seçici siyahılarının tərtibi ilə bağlıdır. “Ədalətli seçki keçirmək üçün iki istiqamətdə mübarizə aparılması vacibdir. Bir tərəfdən hüquqi müstəvidə qanunvericiliyin mütərəqqi hala salınmalıdır. Digər tərəfdən, demokratik qüvvələr bu dəyişikliyə nail ola bilmək üçün iqtidara təzyiqləri artırmalıdır”.
Tədbirdə ATƏT-in “Seçki Məsələsi”ndə ardıcıl mövqe tutmamaqda ittiham edilib. “Bu qurum demokratik seçkilər keçirmək üçün iqtidara tövsiyələr versə də, onun icrasına maraq göstərməkdə davamlı deyil”.
Son 10 ildə ATƏT hökumətə verdiyi tövsiyələrin yerinə yetirilməsinə nəzarət etmir.
Rəsmi Bakı isə seçki qanunvericiliyin Avropa standartlarına cavab verdiyini qeyd edir. Eyni zamanda, hökumət rəsmiləri bütün seçkilərin demokratik, ədalətli və şəffaf keçirildiyi, seçicilərin iradəsini əks etdirdiyini bildirib.
Bununla yanaşı, ATƏT-in müşahidə missiyası bir qayda olaraq ölkədəki seçkiləri tənqid edib.