Əfqanıstanın cənub bölgəsi rəsmilərinin bildridiyinə görə, NATO-nun hərbi hava qüvvələri bazası yaxınlığında həyata keçirilən intiharçı hücumları azı 22 nəfər mülki vətəndaşın ölümünə səbəb olub. Rəsmilər hadisənin bu gün Qəndəhar vilayətində, yük maşınlarının dayandığı və mülki vətəndaşların toplaşdığı yerdə baş verdiyini deyirlər.
Birinci hücum motosikletə yerləşdirilmiş bombanın partladılması, ikinci bomba hücumunun isə insanların xəsarət alanlara yardıma üçün tələsdikləri zaman kiçik mağaza yazxınlığında həyata keçirildiyi deyilir.