Accessibility links

Əsəd gələn il Krımı ziyarət etməyi planlaşdırır


Suriya prezidenti Bəşar Əsəd 2019-cu ilin aprel ayında Krımı ziyarət etməyi planlaşdırır və Suriya ilə Qara dəniz sahilindəki yarımada arasında müntəzəm sərnişin hava nəqliyyatının başlanmasına dair danışıqlar aparır.

Bu haqda Rusiyanın kütləvi informasiya vasitələri məlumat verib. Media bu həftə Suriyaya səfər etmiş Krım nümayəndə heyətinin üzvlərinə istinad edir.

Verilən məlumatlara əsasən, nümayəndə heyətinin üzvləri arasında Krımın Rusiya tərəfindən dəstəklənən baş naziri Sergey Akenov da olub.

Rusiya prezidenti Vladimir Putin Rusiya və Krım yarımadası arasında körpünün açılışında, 15 may, 2018.
Rusiya prezidenti Vladimir Putin Rusiya və Krım yarımadası arasında körpünün açılışında, 15 may, 2018.

Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanıb və Qərbin Moskvaya qarşı sanksiyalar tətbiq etməsi ilə nəticələnib.

​Rusiya Suriyada yeddi ildir davam edən vətəndaş müharibəsində Əsədin başlıca müttəfiqidir.

Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşar Əsədlə Soçidə görüş zamanı, 17 may, 2018.
Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşar Əsədlə Soçidə görüş zamanı, 17 may, 2018.

Rusiya tərəfindən dəstəklənən daha iki separatçı region-Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrinin nümayəndələri də bu il Dəməşqə səfər edib.

XS
SM
MD
LG