Accessibility links

Ərdəbilli fəal Saman Bidar müvəqqəti olaraq sərbəst buraxılıb


Saman Bidar
Saman Bidar

İranın Ərdəbil şəhərində yaşayan milli fəal Saman Bidar zəmanət müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, mart ayının 8-də Saman Bidar 50 milyon tümənlik zəmanət müqabilində Ərdəbil həbsxanasından məhkəmənin son qərarı çıxarılana qədər müvəqqəti olaraq azadlığa buraxılıb.

Saman Bidar fevralın 28-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, bir həftə Kəşfiyyat İdarəsinin təcridxanasında dindirildikdən sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

Ərdəbil Ümumi və İnqilab Prokurorluğu tərəfindən milli fəala qarşı "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı irəli sürülüb.

XS
SM
MD
LG