Accessibility links

Ərdəbildə Qarabağa dəstək aksiyası ilə əlaqədar 12 vətəndaşa ümumilikdə 15 il həbs və 888 şallaq cəzası kəsilib


İran Azərbaycanının Ərdəbil şəhərində yaşayan 12 vətəndaşa Qarabağa dəstək mitinqində iştirak etdikləri üçün 15 il həbs və 888 şallaq cəzası verilib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.

Bu hökm Ərdəbil İkinci Cinayət Məhkəməsinin 102-ci şöbəsinin sədri hakim Tahir Rəsuli tərəfindən verilib və oktyabrın 9-da məhkəmənin elektron sisteminin vasitəsilə bu vətəndaşlara göndərilib.

Məhkəmə tərəfindən verilən hökmə görə, Pərviz Siyabi Gürcan, Hüseyn Balaxanı İsalı, Murtəza Pərvin, Hamid Heydəri, Məhəmməd Colani Ocaq, Mustafa Pərvin, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Muctaba Pərvin, Əsgər Əkbərzadə və Səccad Colani hər biri 14 ay 32 gün həbs və 74 şallaq cəzasına məhkum ediliblər.

Adları keçən vətəndaşlar "vəzifədə olarkən polisə qarşı üsyan qaldırmaq" ittihamı ilə hər biri 7 ay 16 gün, eləcə də "qarışıqlıq yaradaraq ictimai asayişi pozmaq" ittihamı ilə 7 ay 16 gün həbs cəzası və həmçinin 74 şallaq cəzasına məhkum ediliblər.

Bu vətəndaşlara qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə iclası sentyabrın 26-da Ərdəbil Cinayət Məhkəməsinin 102-ci şöbəsində keçirilib.

Bu vətəndaşlar həmçinin sentyabrın 20-də Ərdəbil İnqilab Məhkəməsində “ali dini lideri aşağılamaq” və “milli təhlükəsizliyə qarşı toplaşma və əlbir olmaq” ittihamları ilə də mühakimə ediliblər.

2020-ci ilin sentyabr ayının 29-da Ərdəbil şəhərinin Ciral parkında İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası və ordusuna dəstək məqsədilə keçirilən dinc mitinq ilə əlaqədar bir çox sayda milli fəal və adi vətəndaş həbs edilmiş, onların ağır işgəncələrə məruz qaldığı bildirilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG