Accessibility links

Ərdoğan 10 ölkə səfirinin Türkiyədən çıxarılmasına göstəriş verib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü deyib ki, o, xarici işlər nazirliyinə Qərb ölkələrindən 10 səfiri xeyriyyəçi Osman Kavalanın sərbəst buraxılmasına çağırdıqları üçün “persona non grata” elan etməsi üçün göstəriş verib.

Kavala 2013-cü ildə ölkə boyu etirazları maliyyələşdirmək və 2016-cı ildə iflasa uğrayan çevriliş cəhdində iştirak ittihamı ilə dörd ildir həbsdədir. O, ittihamları rədd edir.

Kanada, Danimarka, Fransa, Almaniya, Niderland, Norveç, İsveç, Finlandiya, Yeni Zelandiya və Birləşmiş Ştatların səfirləri oktyabrın 18-də yaydıqları birdə bəyanatda Kavalanın işinin ədalətli və sürətli həllinə və onun “təcili sərbəst buraxılmasına” çağırıb. Onlar xarici işlər nazirliyinə çağırılıb. Nazirlik onların bəyanatını məsuliyyətsiz adlandırıb.

“Mən xarici işlər nazirinə lazımı göstərişi verdim və görülməli olan tədbirləri söylədim: Bu 10 səfir dərhal persona non grata elan olunmalıdır. Bunu dərhal həll edin,” Ərdoğan Türkiyənin şimal-şərqində yerləşən Eskişehir şəhərində çıxışı zamanı bildirib.

“Onlar Türkiyəni biləcəklər və anlayacaqlar. Türkiyəni bilməyib və anlamadıqları gün, ölkəni tərk edəcəklər,” o, onu alqışlayan izdihamın qarşısında söyləyib.

ABŞ, Almaniya və Fransa səfirlikləri, Ağ Ev və ABŞ-ın Dövlət Departamenti şərh istəyinə cavab verməyib.

Kavala ötən il 2013-cü il etirazları ilə əlaqədar ittihamlardan bəraət qazanmışdı, lakin həmin qərar bu il ləğv olunub və çevriliş cəhdi əlaqədar başqa ittihamlarla birləşdirilib.

İnsan haqları qrupları deyir ki, onun işi Ərdoğanın hakimiyyəti altında müxalifətə qarşı təqibləri əks etdirir.

Kavala cümə günü deyib ki, onun məhkəmə iclasında iştirak etməsi “mənasızdır,” çünki Ərdoğanın ən son şərhlərini nəzərə aldıqda məhkəmənin ədalətli keçməsi qeyri-mümkündür.”

Ərdoğanın cümə axşamı adı çəkilən səfirlərin öz ölkələrində “quldurlar, qatillər və terrorçuları sərbəst buraxmazdılar” dediyi bildirilib.

“Bu şərtlər altında ədalətli mühakimə ehtimalı olmadığı üçün, inanıram ki, bundan sonra məhkəmədə iştirak edib, müdafiəmi təqdim etmək mənasız olacaq,” Kavala yazılı açıqlamasında bildirib.

Avropa İnsan Haqları Məhkəməsi 2019-cu ildə Kavalanın dərhal sərbəst buraxılmasına çağırıb və onun cinayət törətdiyinə dair əsaslı şübhənin olmadığını və onun həbsinin onu susdurmaq məqsədi daşıdığı nəticəsinə gəlib.

Məhkəmə bu il artıq beş ildir həbsdə olan kürd tərəfdarı Xalqların Demokratik Partiyasının keçmiş başçısı Selahattin Demirtaşın işi ilə bağlı da bənzər qərar çıxarıb.

Avropa İnsan Haqları Məhkəməsinin icrasına nəzarət edən Avropa Şurası Kavala sərbəst buraxılmasa Türkiyəyə qarşı qanun pozuntusu prosedurlarını başladacağını bildirib.

Kavala və digərlərinin növbəti məhkəmə iclası noybarın 26-da keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG