Accessibility links

Əlirza Fərşi Tehranda həbs edilib


Əlirza Fərşi
Əlirza Fərşi

HRA agentliyinə istinadən, İranın təhlükəsizlik qüvvələri türk dil haqları müdafiəçisi Əlirza Fərşini yanvarın 8-də Tehranda iş yerində nəzarət altına alıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən agentliyin xəbərinə görə, məmurlar Fərşinin şəxsi əşyası, o cümlədən mobil telefonu və kompüterini müsadirə ediblər.

Mədəni fəalın hansı səbəblərə görə tutulub və hazırda harada saxlanıldığı barədə məlumat verilməyib.

Tehran Apellyasiya Məhkəməsi keçən il dekabrın 23-də Əlirza Fərşi və 4 digər türk dil haqları fəalının kassasiya şikayətinə baxıb

Əlirza Fərşi, Əkbər Azad, Behnam Şeyxi, Həmid Mənafi bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.

Baharistan şəhərinin İnqilab Məhkəməsi daha sonra onlara qarşı 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün hökmü çıxarmışdı.

Həmin hökmə görə, Əlirza Fərşi 15 il həbs və Xuzistan vilayətinin Bağməlik şəhərində 2 il sürgündə yaşamağa məhkum edilib.

Əlirza Fərşi dil hüquqları sahəsində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs, işdən qovulma və digər basqılara məruz qalıb.

Amnesty International 2018 fevral ayında Dünya Ana Dili Günü münasibətilə yayımladığı bəyanatda Əlirza Fərşini belə təqdim edib: “O, cəsurdur. Azlıqların hüquqlarının təmin edilməsi üçün kampaniyalar təşkil edir.”

XS
SM
MD
LG