Accessibility links

Əli Kərimlinin mühafizəçisi saxlanılıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirov oktyabrın 9-da Binə qəsəbəsində yaşadığı evdə saxlanılıb.

Bu barədə Amerikanın Səsinə partiyadan məlumat verilib.

AXCP Əmirovun polis tərəfindən saxlanıldığını güman edir, amma onun saxlanmasının səbəbləri barədə məlumata malik deyil.

Məsələ ilə bağlı polis orqanlarından hələ münasibət öyrənmək mümkün olmayıb.

AXCP-nin məlumatına görə, bu ilin iyulun 14-də Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə keçirilən aksiyadan sonra bu partiyanın 45 fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb” , məlumatda qeyd edilir.

XS
SM
MD
LG