Accessibility links

Əli Kərimli: Azərbaycan hökuməti növbəti səhvini edir


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində internet və telefonunun kəsilməsindən, AXCP fəallarının həbsindən, hökumətin dialoq təklifindən, pasportunun verilməməsindən danışıb.

Amerikanın Səsi: Sosial şəbəkələrdə qeyd edirsiniz ki, hazırda izolyasiya şəraitində yaşayırsınız. Evinizin telefon, internet əlaqələri tamamilə kəsilib. İndi vəziyyət necədir?

Əvvəlki qaydada yüz faizli izolyasiyada deyiləm. Baş verənlərdən xəbər tuta bilirəm. Amma vaxtında münasibət bildirə bilmirəm. Canlı yayımlara çıxa bilmirəm. Bu, bir siyasi təqib formasıdır.

Əli Kərimli: Heç nə dəyişməyib. Hətta telefonum da saat 8-dən (saat 20.00 nəzərdə tutulur-red) sonra keçirilir. Mobil telefonum saat 8-dən sonra keçirilir. Özünüz də zəng edib, dəqiqləşdirə bilərsiniz. Nəinki internet, hətta mobil telefonumundan istifadə etməyimə saat 8-dən sonra problem yaradılır. Gün ərizndə də internet imkanlarım olmur. Amma indi artıq sərt karantin dövrü deyil. Ona görə adamlarla ünsiyyətdə oluram. Özüm harasa gedirəm, yanıma dostlar gəlir. Ona görə, əvvəlki qaydada, yüz faizli izolyasiyada deyiləm. Baş verənlərdən xəbər tuta bilirəm. Amma vaxtında münasibət bildirə bilmirəm. Canlı yayımlara çıxa bilmirəm. Bu, bir siyasi təqib formasıdır. Əslində mənə qarşı olan internet blokadası, Tofiq bəyin bu sifarişli məhkəməsi, 14 iyul Qarabağ mitinqindən sui-istifadə edərək Xaql Cəbhəsinin onlarla fəalının həbs edilməsi, - bunların hamısı vahid bir planın tərkib hissəsidir. Bu vahid plan Azərbaycanda Milli Şuranın, Xalq Cəbhəsinin simasında real müxalifəti səradan çıxarmaq planı idi. Tofiq bəy də həmin planın tərkib hissəsi olaraq şərlənərək həbs olundu.

Amerikanın Səsi: Bu izolyasiya şəraitində ailənizin qida ilə, digər ərzaq məhsulları ilə təmin edilməsi necə həyata keçirilib?

Əli Kərimli: Orada problem yoxdur. Deməli, orada problem yoxdur. O sahədə problem hiss etmirəm.

Amerikanın Səsi: İndi vəziyyət necədir? Ailə üzvləriniz, özünüz sərbəst hərəkət edə bilirsinizmi?

Əli Kərimli: İndi, Bakı şəhəri içərisində hərəkətimdə hər hansı məhdudiyyət yoxdur. Onu hiss etməmişəm. İzlənirəm. Amma buna artıq alışmışam. On illərdir izlənirəm.

Əli Kərimli: Azərbayacan hökuməti növbəti səhvini edir
please wait

No media source currently available

0:00 0:10:22 0:00

Amerikanın Səsi: Siz də bilirsiniz, Azersell şirkəti bəyanat verdi ki, sizin internet şəbəkənizin kəsilməsi, yəni təhlükəsizlik məsələləri şirkətlə bağlı deyil. Necə hesab edirsiniz? Bununla bağlı məhkəməyə müraciət edibsinizmi? Nəticəsi nədir?

Əli Kərimli: Əlbəttə, mən məhkəməyə müraciət etmişəm. Hətta o sərt karantin dövründə məhkəməyə müraciət etmişəm. Təbii ki, rayon məhkəməsində istədiyim cavabı almamışam. Mənim iddiam rədd edilib. Həm də, yeri gəlmişkən, bu məsələdə iddiaçı qismində həm də həyat yoldaşım çıxış edib. Çünki onun da telefonunda bu maneəni yaradırlar. Apellyasiya məhkəməsinə vermişik. Apellyasiya Məhkəməsində də təbii ki, gözləmirdik ədalət bərqərar olsun. İndi iş artıq Ali Məhkəmədədir. Məhkəmə prosedurlarını aparıram. Amma mən də bilirəm ki, bunu Azercell özbaşına etmir ki, bu, daha doğrusu dövləti ələ keçirmiş hökumətin siyasətidir.

Amerikanın Səsi: Mətbuatda belə bir məlumat da yayılıb ki, qonşularınızın mənzilindən istifadə edərək sizin yaşadığınız mənzil daimi nəzarət altındadır, yəni izlənilir. Bununla bağlı nə hiss edibsiniz? Bunun yoxlanılması üçün məhkəməyə müraciət edibsinizmi?

Sutkada 24 saat ərzində izlənmə altındayam. Amma, kimə, necə şikayət edim.

Əli Kərimli: Təfərrüatları ilə bağlı danışmaq istəmirəm. Amma, əlbəttə mən bilirəm ki, sutkada 24 saat ərzində izlənmə altındayam. Amma, kimə, necə şikayət edim. Ölkədə məhkəməmi var? Ölkənin ən tanınmış müxalifət liderlərindən biri olan Tofiq Yaqublunu bu şəkildə şərləyirlər. Azərbaycanda heç olmazsa iki nəfər adam varmı ki, düşünsün, inansın ki, TofiqYaqublu vintaçanla gedib, o vətəndaşı o şəkildə vurub. Ona Azərbyacanda kimsə inanırmı? Amma, görürsünüz? Adamı artıq beş aydır həbsdə saxlayırlar. Yəni, o cümlədən, mənim internetimin kəsilməsi, telefonumun kəsilməsi. Yaxşı, interneti hamı gəlib yoxlaya bilmir. Hərçəndki jurnalist araşdırmaları olub, çəkib göstəriblər. Amma, saat 8-dən sonra zəng etsinlər, görüsünlər ki, mənim telefonuma düşmək olurmu. Yəni, bu, birbaşa hökumətin verdiyi qərardır. Ona görə də onun məhkləmələr tərəfindən düzələcəyini gözləmirəm.

Amerikanın Səsi: AXCP-nin məlumatına görə, partiyanızın 40-dan çox fəalı həbsdədir. O cümlədən qeyd edilib ki, 43 nəfər siyasi məqsədlərlə həbs edilib. Bununla bağlı fikirniz necədir? Hökumətə, beynəlxalq təşkilatlara bir çağırışınız varmı?

İndi, gözümüzün qabağında, hal-hazırda Belarus xalqı sübut edir ki, xalq istəyəndə, etiraz edəndə, hətta müxalifət liderləri, müxalifət partiyası olmayanda belə, çıxıb sözünü deyə bilir.

Əli Kərimli: Bilrisiniz, mən bir az əvvəl dedim. Hökumətin bir rəsmi siyasəti oldu ki, Xalq Cəbhəsini, Milli Şuranı sıradan çıxarsınlar. Baxın, Xalq Cəbhəsinin rəhbər funksionerləri həbs olunub. Rəyasət Heyətinin 6 üzvü hal-hazırda həbsdədir. Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov, daha əvvəl Aqil Məhərrəmli, üç şöbə sədrimiz həbsədir, - Babək Həsənov, Paşa Umudov, Elnur Cabbarlı və partiyanın digər strukturlarının, - Ali Məclisin, Gənclər Komitəsinin, Təşkilat şöbəsinin əsas funksionerləri həbsədədir. Yəni, elə-belə sıradan o 40 nəfəri tutmayıblar.Onların çoxusu ən fəal insanlardır. Məqsəd müxalifətin, təşkilatlanmış müxalifətin fəaliyyət imkanlarını minimuma endirməkdən ibarətdir. Amma, Azərbyacan hökuməti nöbəti səhvini edir. Baxaq, görək nəticə nədən ibarətdir? Bəli, onlarla cəbhəçi həbs olunub. Buna görə, hökumət onlarla beynəlxalq qınaq eşidib. Demək olar ki, dünyada bu bölgə ilə maraqlanan elə bir beynəlxalq təşkilat olmadı ki, Azərbaycan hökumətinin bu hərəkətini pisləməsin. Dövlət Departamentinin iki dəfə açıqlaması oldu. Avropa Parlamentindən sanksiya xəbərdarlığı gəldi. Avropa Şurasından xəbərdarlıq gəldi. Məsələ ATƏT-də müzakirəyə çıxarıldı. Human Rights Watch, Amnesty İnternational, Freedom House, Beynəlxla Media, Washington Post başda olmaqla, hamı bu barədə yazdı. Tutaq ki, bizim təşkilatımızın onlarla üzvünün həbsi bizim hansısa kütləvi aksiyalar keçirməyimizi məhdudlaşdırdı. Bəs xalq? İndi, gözümüzün qabağında, hal-hazırda Belarus xalqı sübut edir ki, xalq istəyəndə, etiraz edəndə, hətta müxalifət liderləri, müxalifət partiyası olmayanda belə, çıxıb sözünü deyə bilir. Ona görə də hökumətin həm Tofiq Yaqubluya qarşı elədikləri, həm bizim cəbəhçi fəallara qarşı elədikləri rasianallıqdan uzaqdır. Özlərini sanksiyaların bir addımlığına gətirib çıxarıblar. Bütün dünyada Azərbaycanı təcrid edirlər. Baxın, indi mətbuatda hay-küy salıblar ki, bəs, yenidən düşmən hücum edə bilər, Qarabağda atəşkəs pozula bilər. Doğrudan da bəzi narahatedici əlamətlər var. Düşmən də yatmayıb, hazırlıqlarını görür. Amma, bu zamanda Azərbaycan hakimiyyəti nə edir? Azərbaycan hakimiyəyti Azərbaycanı denyadan təcrid edir. Mən sadaladım, təkrarlamaq istəmirəm. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın reressiv hərəkətlərini pisləyir. Bir sıra hallarda Azərbaycan hakimiyyəti Belarusla bir sırada durur. Bəs, Qarabağ uğrunda mübarizə aparan hökumət bütün dünyanı bu şəkildə qarşısına alarmı? Bəs, Qarabağ uğrunda mübarizə aparan hökumət Tofiq Yaqublu kimi, Asif Yusifli kimi, Babək Həsənov kimi, Saleh Rüstəmli kimi Qarabağ qazilərini şərləyib həbs edərmi? Bütün bunların hamısı Azərbaycan dövlətinə vurulan zərbədir. Nəticə etibarı ilə xalqın taleyinə çox təsir etmir. Bəli, Xalq Cəbhəsinin hansısa kütləvi aksiyalar təşkil etmək qabiliyyətinə, imkanlarına müəyyən zərbə vurulub. Amma, xalq istəyəndə, Xalq Cəbhəsi funksionerləri fəallaıq etmədən də, öncüllük etmədən də meydanları doldura bilər.

Amerikanın Səsi: Hökumətin son dialoq çıxışlarına münasibətiniz necədir? Çünki bir sıra partiyalar görüşüblər, qeydiyyatdan keçiblər.

Əli Kərimli: Mən bilən son çağırış yoxdur. Elə əvvəlki çağırışlardır. Ona da münasibət bildirmişik. Biz prinsip etibarı ilə ölkədə problemlərin dialoq yolu ilə həllinə tərəfdar olduğumuzu həmişə bildirmişik. Amma, bu dialoq olmalıdır, imitasiya yox. Orada ölkənin ümummilli məsələləri danışılmalıdır. Bir dialoqdakı ölkədə qanunun aliliyi, “Seçki Məcəlləsi”nin qəbulu, seçki islahatı, siyasi məhbusların taleyi, Qarabağla bağlı vəziyyət müzakirə olunmayacaqsa, belə bir dialoqda biz gedib şəxsi məsələlərimizi danışmağı önəmli saymırıq. Əvvəlki mövqeyimizdə qalırıq.

Amerikanın Səsi: Bəs, hökumətin son kadr dəyişikliyinə, yəni islahatlar prosesi ilə bağlı bəyanatlarına münasibətiniz necədir?

Əli Kərimli: Hansı islahat? Hansı islahat? Görmürüsünüz ölkədə nə baş verir? Bu günləri onlarala insan günahsız şəkildə, Qarabağ sevdalısı şərlənərək həbs olunur. Tofiq Yaqublu kimi insan yüz minlərin gözünün qabağında şərlənərək həbs olunur. Adamlara işgəncə verilir. Hələ mən sizə deyim ki, həbs olunmuş cəhbəçilərin çoxu ilə ümumiyyətlə əlaqə yoxdur. Onların yanına vəkil də buraxmırlar. Görüş vermirlər. Telefon əlaqəsi vermirlər. Bir çoxuna işgəncə verilməsi barədə məlumatlar var. Haradadır o islahat? Niyə, biz onu görə bilmirik?

Amerikanın Səsi: Sizin pasportunuzla bağlı məsələ nə yerdədir? Uzun müddətdir məhkəmə prosesi gedir, hətta Avropa Məhkəməsinin də qərarı var. Bundan sonra nə yenilik olub?

Mənim pasportum 2005-ci ildən verilmir.

Əli Kərimli: Mənim pasportum 2005-ci ildən verilmir. Mənim pasportumun verilməməsinin qeyri-qanuni olması haqqında Avropa İnsan Haqları Məhkəməsi 2016-cı ilin iyulunda qərar verib. Yəni, üstündən 4 il keçib. Bəzən, burada deyirlər, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını guya bunlar yerinə yetirir. İstəyəndə yerinə yetirirlər. Deməli 4 ildir mənim pasportumun verilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı yerinə yerirlmir. İndi mənim həm Avropa Nazirlər Şurasına şikayətim var. Orada müzakirə mərhələsindədir. Həm də yenidən bir daha Avropa İnsan Haqları Məhkəməsinin qərarının yerinə yetirilməməsi ilə bağlı məhkəmə prosesi başlamışam. Orada da artıq ilkin mərhələni keçmişik. Apellyasiya mərhələsini keçmişik. Yaxın zamanlarda Ali Məhkəmədə baxılacaq. Amma, bu məsələ də hüquqi deyil ki, məhkəmələr həll etsin. Bir adama 15 il pasport verməmək, əlbəttə ki, hüquqi məsələ deyil. Bu siyasi qərarla bağlı məsələdir.

XS
SM
MD
LG