"Əkinçi" qəzetindən "Əkinçi" layihəsinə qədər uzanan mətbuat yolu
145 il əvvəl - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə Azərbaycan milli mətbuatının əsası qoyub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Ayda iki dəfə olmaqla 300-400 arası tirajla nəşr edilən "Əkinçi"nin yalnız 56 sayı işıq üzü görüb. Sonrakı illərdə ziyalılar tərəfindən nəşr edilən “Şərqi-rus”, “Ziya”, “Kəşkül”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. 3 il əvvəl fəaliyyətə başlayan "Əkinçi" layihəsi də Zərdabi ideyalarının davamçısıdır. “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi isə 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
Episodes
-
Noyabr 26, 2024
Azərbaycanda icbari tibbi sığortanın vəziyyəti necədir?
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib