Əjdər Tağızadə Amerikanın Səsinə müsahibədə noyabr ayında baş qaldıran xalq etirazlarından sonra İran Azərbaycanındakı siyasi və iqtisadi vəziyyəti şərh edib.
Hazırki siyasi atmosferi İslam İnqilabının ilk illəri ilə müqayisə edən siyasi fəal hesab edir ki, artıq dindar əhalinin də İslam Respublikasına inamı qalmayıb.
İslam İnqilabının ilk illərində Tehranın Evin Zindanında mən öz gözlərimlə görmüşəm ki, ailələr gətirib öz uşaqlarını təslim edirdilər ki, bu hansısa siyasi qrupa üzvdür.
“Bir zamanlar deyirdilər ki, İranda hər bir 30 ildə çalxalanma olur. Sonra bu 10 ilə endi. İndi görünür ki ara azalıb. İki ildən iki ilə olub,” Əjdər Tağızadə ifadə edir.
Onun sözlərinə görə, İslam İnqilabının ilk illərində molla rejiminə inanan dindar əhali tərəfindən də artıq etiraz səsləri ucalmaqdadır.
“İslam İnqilabının ilk illərində Tehranın Evin Zindanında mən öz gözlərimlə görmüşəm ki, ailələr gətirib öz uşaqlarını təslim edirdilər ki, bu hansısa siyasi qrupa üzvdür. Atalar analar öz uşaqlarını zindana, rejimə verirdilər ki, siz doğrusunu deyirsiniz, siz din xadimisiniz,” siyasi fəal qeyd edir.
O, Kərəc şəhərində təşkil olunan aksiyalarda öldürülən gənc vətəndaş Puya Bəxtiyarinin ailəsinin etirazına işarə edərək əlavə edir ki, “amma, bugün məsələn Puyanın anasını, nə qədər sıxırlar, boğurlar, qorxudurlar, amma yenədə də, həmin xanım ki məktəb müəlliməsidir, gedir məktəbdə şagirdlərinə deyir ki, mən sizlə vidalaşıram. Oğlumu öldürüblər. Oğlumun yolunu davam edəcəyəm.”
Əjdər Tağızadə noyabr ayında İran Azərbaycanında ciddi etiraz aksiyalarının həyata keçirilmədiyinə dair iddiaların doğru olmadığını vurğulayır.
“Rejim dedi ki, Təbriz ayağa qalxmadı. Amma əgər doğrudan da Azərbaycan sakitdirsə, niyə bu qədər qüvvəni doldurursunuz Azərbaycana? Topu, tankı və tüfəngi Azərbaycana daşıyırsınız? Siz ki dediniz Təbrizdə, Ərdəbildə, Urmiyədə heç xəbər yox idi, bəs nədən bu zindanları belə doldurmuşsunuz?” deyə türk fəal əlavə edir.