Accessibility links

Əhməd Haşimi: Sanksiyalar İran rejimini çökdürə bilər


Əhməd Haşimi: Sanksiyalar İran rejimini çökdürə bilər
please wait

No media source currently available

0:00 0:13:09 0:00

Əhməd Haşimi: Sanksiyalar İran rejimini çökdürə bilər

Birləşmiş Ştatlar və İran arasında bütün həftə boyu söz savaşı davam edib. Bununla belə, həm Vaşinqton, həm Tehran müharibə istəmədiklərini bəyan edir. ABŞ-ın tətbiq etdiyi yeni sanksıyaların bu dəfə birbaşa hədəfi olan İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi Amerikanı “müharibə və münaqişə mənbəyi” adlandırıb. ABŞ-da yaşayan azərbaycanlı jurnalist və şərhçi Əhməd Haşimi ABŞ-ın İrana qarşı son sanksiyalarının təsirləri, Tehran rejiminin yüksək səviyyəli rəsmiləri arasında korrupsiya və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətindən danışıb.

Əhməd Haşimi sanksiyaların birbaşa ali dini rəhbərə tətbiq edildiyini və Ayətullah Əli Xameneyinin xarici hesablarına toxunduğunu qeyd edərək? bunun Tehran rejimi üçün ciddi zərbə olduğunu deyib.

“Bilirik ki, Xameneyi bölgədə ən zəngin adamlardan biridir. Nə qədər özünü şəxsi həyatında çox sadə göstərsə, ictimaiyyət arasında sadə geyimdə çıxsa da biz bilirik ki, İranda şəffaflıq yoxdur, amma fərqli təxminlərə görə, xüsusilə də Reuters xəbər agentliyinin bir hesabatına görə, əslində onun 200 milyard dollarlıq sərvəti var. Bu belə hesablanıb ki, onun nəzarətində olan və heç kəsə hesabatlı olmayan müəssisələr, qurumlar var. 20-yə qədər qurum və təşkilat var ki, birbaşa Xameneyinin nəzarəti altındadır və bütün zənginliklər onun nəzarəti altındadır.”

Əhməd Haşimi İranın ali dini rəhbərinin hesablarındakı maliyyənin müxtəlif mənbələri olduğunu bildirib.

“Amma Xameneyinin sərvətinin qaynaqları sadəcə bununla məhdudlaşmır. Çox fərqli 20 təşkilat var və onlar iqtisadiyyatda fəaldır, ticarətdə, alış-verişdə. Biz bilirik ki, İran iqtisadiyyatının demək olar ki, 95 faizi dövlətə və dövlətə bağlı qurumlara məxsusdur. Buna görə də bütün bu maliyyə transaksiyaları birbaşa, ya da dolayısı ilə Xameneyinin gəlirlərini təşkil edir.”

Əhməd Haşiminin sözlərinə görə, Tehran rejiminin ayrı-seçkilik siyasətinə məruz qalan İran azərbaycanlıları ABŞ və İran arasında son gərginlikləri diqqətlə izləyir.

“İranda aparteidə bənzər sistem var. Yəni şiə olmayanlar, fars olmayanlar ikinci dərəcəli insanlar hesab edilirlər. Azərbaycanlılar bəhailər və yəhudilər kimi şox ciddi sıxıntılara məruz qalmasalar da, farslarla eyni vəziyyətdə deyillər, ana dilində təhsil ala bilmirlər. Buna görə də İran dediyim kimi, bir aparteid ölkəsidir və azərbaycanlılar ayrı-seçkiliyə məruz qalırlar. Bu basqılara məruz qaldıqları üçün azərbaycanlılar bu təzyiqləri müsbət olaraq qarşılayırlar.”

İranla 2015-ci il nüvə sazişindən çıxdıqdan sonra Tehrana qarşı sanksiyaları bərpa edən ABŞ administrasiyası əsas məqsədin İran rejimininin devrilməsi deyil, onun davranışını dəyişməyə nail olmasından ibarət olduğunu bəyan edir. Əhməd Haşimi ABŞ-ın son sanksiyalarının İranın onsuz da tənəzzüldə olan iqtisadiyyatının daha da zəifləməsinə və bunun nəticəsində Tehran rejiminin "süquta uğramasına səbəb ola biləcəyini" bildirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG