Accessibility links

Əfqanıstanın vitse-prezidenti hücuma məruz qalıb


Əfqanıstanın Daxili İşlər Nazirliyinin rəsmilərinin verdiyi məlumata görə, çərşənbə günü səhər Kabildə Əfqanistanın birinci vitse-prezidenti Əmrullah Salehə səhər saatlarında edilən hücum zamanı azı 10 nəfər ölüb və çoxu yoldan keçənlər olmaqla, çox sayda insan yaralanıb.

Rəsmilər Salehin konvoyunun yol kənarına yerləşdirilmiş bomba ilə hədəf alındığını bildirib.

Saleh üzündə və əllərində yüngül xəsarətlər alaraq, güllə keçirməyən avtomobilində hücumdan xilas ola bilib. Partlayışdan az sonra o, Facebook səhifəsində hadisə ilə bağlı qısa bir video-mesaj yerləşdirib.

"Partlayış o qədər güclü idi ki, mənim avtomilimin şüşəsini əritdi" - deyə, o bildirib. O, ölkənin təhlükəsizlik qüvvələrinin hər gün belə vəziyyətlərlə qarşılaşdığını tamamilə anladığını deyib və partlayış həyat və ya əmlak itkisinə görə üzr istəyib.

Atasını müşayiət edən və hücum zamanı xəsarət almayan Salehin oğlu İbad Saleh də hücumdan dərhal sonra Twitter səhifəsində bunları yazıb: “Avtomobilimiz hədəf alınanda mən onun yanında idim. Sizi əmin edirəm ki, o yaxşıdır, hər şey yolundadır və hələlik bizdə şəhid yoxdur.”

Salehin yaralanan bir neçə cangüdəni xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyinin sözçüsü Akmal Samsur Amerikanın Səsinə itkilərin daha çox ola biləcəyini deyib.

Şahidlərin dediyinə görə, birinci partlayış zamanı yaxınlıqdakı qaz balonları satılan mağaza alovlanıb və bu, ikincil partlayışa səbəb olub.

Prezident Əşrəf Qani hücumu qınayib və “terrorçular və onların xarici tərəfdarları bizim qətiyyətimizi zəiflədə bilməz” deyib.

Avropa İttifaqının Əfqanıstandakı ofisi də hücumu qınayaraq, tvitter səhifəsində bunu “Respublikaya hücum və sülh səylərini pozanların ümidsiz hərəkəti” adlandırıb.

Əmrullah Saleh əvvəllər də dəfələrlə hücuma məruz qalıb. Keçən il ofisinə edilən hücum zamanı 20 nəfəri öldürmüşdü.

Taliban çərşənbə günü edilən hücumda əli olmadığını bildirib.

XS
SM
MD
LG