Accessibility links

Əfqanıstanda minanın partlaması 9 məktəblinin ölümünə səbəb olub


Taxar vilayəti, Əfqanıstan.
Taxar vilayəti, Əfqanıstan.

Polisin verdiyi məlumata görə, şənbə günü Əfqanıstanda minanın partlaması məktəbə gedən 9 uşağın həyatını itirməsinə səbəb olub.

Sözçü Xəlil Asir deyib ki, mina şimal-şərqdə yerləşən Taxar əyalintində partlayıb. Nəticədə 9-12 yaşları arasında olan doqquz uşaq ölüb.

Asir bildirib ki, Taliban ərazini təmizləmək üçün minaları yerləşdirib və “təəssüf ki, bu gün həmin minalardan biri partlayıb və ibtidai sinifdə oxuyan məktəblilərin ölümünə səbəb olub”.

Əraziyə nəzarət edən və ABŞ-ın dəstəklədiyi xarici qoşunları ərazidən çıxarmaq üçün döyüşən Talibandan dərhal şərh almaq mümkün olmayıb.

Bu hadisə bu il ABŞ-la Taliban arasında sülh razılığı üzərində danışıqlara baxmayaraq, mülki vətəndaşlar arasında ölüm hallarının ən sonuncusudur.

BMT ötən ay bildirib ki, iyul ilə sentybar ayları arasında rekord 4313 mülki vətəndaş ya öldürülüb ya da yaralanıb. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 40 faiz daha çoxdur.

XS
SM
MD
LG