Accessibility links

ABŞ Talibanın terrorla mübarizəyə yardımına skeptik yanaşır


Birləşmiş Ştatlar İslam Dövləti terror qruplaşmasının Əfqanıstandakı filialının təhdidinə qarşı potensial olaraq Talibanla əməkdaşlıq edəcəyini istisna etmir. Ancaq rəsmilər çox böyük yardım gözləməmək barədə xəbərdarlıq edirlər.

"Bu mümkündür" - deyə, Birgə Qərargahlar rəisi general Mark Milli çərşənbə axşamı, ABŞ-ın son əsgərlərinin Əfqanıstanı tərk etməsindən sonra ilk dəfə Pentaqonda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Mark Milli "Talibanın gələcəyinin nə olacağını bilmirik, lakin keçmişdəki şəxsi təcrübəmdən onu deyə bilərəm ki, bu qəddar bir qrupdur. Dəyişib-dəyişməyəcəyi bəlli deyil" deyib.

ABŞ-ın Kabildən son təxliyəsi zamanı ABŞ ordusu ilə Taliban komandirləri arasında koordinasiyaya baxmayaraq, Müdafiə naziri Lloyd Austin İslam Dövləti-Xorasan qrupuna qarşı mübarizədə Talibanla işləmək ehtimalının yüksək olmadığını göstərməyə çalışıb.

"Biz Talibanla çox dar bir problem üzərində çalışırdıq və bu, oradan bacardığımız qədər çox insan çıxarmaq üçün idi" - deyə, Austin bildirib.

"Mən bundan heç bir nəticə çıxarmazdım" dedi.

20 il davam edən müharibədən sonra ABŞ-la Taliban arasında etimadın olmamasına baxmayaraq, İŞİD-Xorasan məsələsinə gəldikdə, Talibanın əməkdaşlıq edib-etməyəcəyi ilə bağlı suallar hələ də qalmaqdadır. Buna bir səbəb - Talibanın ordunun çıxarılması və təxliyə əməliyyatları sona çatdığı zaman Kabil hava limanında təhlükəsizliklə bağlı ABŞ-la koordinasiya etmək istəyi idi. Bundan əlavə, həm ABŞ, həm də Taliban İŞİD-i özünə düşmən bilir.

XS
SM
MD
LG