Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, çərşənbə axşamı səhər saatlarında Kabildəki hərbi akademiyanın yaxınlığında intiharçının həyata keçirdiyi bomba hücumu 4-ü əsgər olmaqla, azı 6 nəfərin ölümünə səbəb olub.
İntiharçının bədəninə sarıdığı partlayıcılar paytaxtın Marşal Fəhim Hərbi Akademiyasının girişindəki nəzarət məntəqəzində partlatdığı bildirilib.
Daxili İşlər Nazirliyinin sözçüsü Nəsrət Rəhimi partlayış zamanı həm mülki vətəndaşlar, həm də hərbi heyət daxil olmaqla, azı 12 nəfərin yaralandığını bildirib.
Hələlik hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin hərbi akademiya əvvəllər Taliban üsyançıları və İslam Dövləti qrupunun yaraqlılarının hücumlarının hədəfi olub.
Çərşənbə axşamı hərbi akademiyaya hücum ABŞ-la Taliban arasında davam edən sülh danışıqlarına görə Kabildə bu kimi hücumlara təxminən üç ay ara verildikdən sonra həyata keçirilib.
Keçən ilin noyabr ayında Əfqanıstanın paytaxtında intiharçının maşına yerləşdirilmiş bombanı partlatması nəticəsində BMT-də işləyən bir xarici vətəndaş da daxil olmaqla, azı 12 nəfər ölmüşdü.