Accessibility links

Amerikada yaşayan əfqanlar Ağ Evin qarşısında etiraz aksiyası keçirib


Amerikada yaşayan əfqanlar Ağ Evin qarşısında etiraz aksiyası keçirib
please wait

No media source currently available

0:00 0:02:09 0:00

ABŞ-da yaşayan yüzlərlə əfqan bazar günü Ağ Evin qarşısına toplaşaraq, Talibanın Kabili ələ keçirməsini pisləyib və ABŞ-ı və beynəlxalq ictimaiyyəti əfqanlara kömək etməyə çağırıb.

Ağ Evin qarşısına toplaşan əfqanlar Kabilin Talibanınn əlinə keçməsinə etiraz edib. Etirazçılar səslərinin eşidilməsini istədiklərini bildirib. Aksiyanın təşkilatçısı Həmdard Qafuri: "Hamımız səsimizi duyurmaq üçün buradayıq. Əfqanıstan və xalqımız üçün ən azı bunu edə bilirik."

Əfqanıstan Prezidenti Əşrəf Qani qaçdıqdan və Əfqanıstan hökuməti süqut etdikdən sonra Kabil bazar ertəsi Talibanın əlinə keçib. Etirazçılar Talibanın sərt hakimiyyəti altında yaşayacaq əfqan xalqından narahat olduqlarını deyir. Nazilə Cəmşidi: "Əfqanıstan xalqı, Əfqanıstandakı qadınlar və uşaqlar üçün üçün ürəyim ağrıyır."

Cəmşidi deyir ki, Talibanın hakimiyyətə qayıtması son iyirmi ildə əldə edilənləri heçə endirəcək. "20 ildə bütün qazanclar iki ayda yox oldu. Taliban iki ay ərzində bütün ölkəni ələ keçirdi. Məni ən çox narahat edən beynəlxalq ictimaiyyətin susmasıdır”.

Etirazçılar Əfqanıstan hökumətinin süquta uğramasının səbəbini ABŞ-ın qoşunlarını tələsik çıxarılması olduğunu deyir.

Onlar beynəlxalq ictimaiyyəti əfqanlara yardım etməyə çağırır. Nəcim Vali: "Biz onların 40 il boyunca müharibədə əziyyət çəkən insanlara yardım etməmələrini və 20 il əvvəl başlarına gələnlərin təkrar olunmasına icazə veriməmələrini istəyirik."

ABŞ diplomatlarının, vətəndaşlarının və əfqan müttəfiqlərinin evakuasiyasına yardım üçün Əfqanıstana təxminən 6000 əsgər göndərib.

XS
SM
MD
LG