Accessibility links

Əfqanistanda prezident seçkilərinin ikinci raundu keçiriləcək


Əfqanistanda prezident seçkilərində namizədlər ilk raundda həlledici üstünlük əldə etmədikləri üçün iyun ayının 14-də iki ən çox səs toplamış namizəd arasında seçki keçiriləcək.

Əfqanistan seçki komissiyası bildirib ki, keçən ay keçirilən seçkilərin yekun nəticələri xarici işlər naziri Abdullah Abdullahın 45 fazi qalibiyyət əldə etdiyini göstərib. Sabiq Dünya Bankı işçisi iqtisadiyyatçı Əşrəf Xani isə 32 faiz səs toplayaraq ikinci yeri tutub.

Seçicilər ən çox səs toplayan iki namizəd arasında seçim edəcəklər.

Zalmay Rəsul üçüncü yeri tutub. O, Abdullahı dəstəkləyəcəyini deyib. Zalmay jurnalistlərə müsahibəsində qərarını ölkənin birliyi və stabilliyi naminə verdiyini bildirib.

İkinci raundun qalibi 2001-ci ildən ölkəni idarə edən və konstitusiyanın yenidən namizədliyinə qadağa qoyan prezident Həmid Karzayı əvəzləyəcək.
XS
SM
MD
LG