Avqustun 31-də Şəki şəhərində şair Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılış mərasimi keçiriləcək.
Mədəniyyət Nazirliyi bildirir ki, prezident İlham Əliyevin "Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında" sərəncamına əsasən, onun ev-muzeyi yaradılıb.
Muzeyin ekspozisiyası sahəsi 70 kvadratmetrdir və 3 otaqdan (inzibati və fond otaqları) ibarətdir. Ekspozisiyada şairin ailəsinin təqdim etdiyi müxtəlif sənədlər, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar – ümumilikdə 735 eksponat yer alıb.
Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da doğulub. O, 2009-cu il fevralın 13-də vəfat edib.
Şair hələ SSRİ dövründə yazdığı "Gülüstan" poemasi ilə tanınıb.