Accessibility links

Şüşə tellərdən vaza hazırlayan sənətkar


Şüşə tellərdən vaza hazırlayan sənətkar
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Amerikalı sənətkar unikal şüşə teldən istifadə edərək gözəl parlaq şüşə vazalar hazırlayır. Tuts Zinski telləri istehsal edən xüsusi aləti ixtira etməyə yardım edib. Onun ən son sənət əsəri onun quşlara, xüsusilə də nəsli tükənmək təhlükəsi ilə üzləşən quşlara olan sevgisini əks etdirir.

Tuts Zinski minlərlə şüşə teli bir araya gətirərək, dünya boyu nəsli tükənməkdə olan quşlara həsr olunan sənət əsərləri yaradıb. O, böyüyüb başa çatdığı Massaçusets ştatını ziyarət edəndən sonra diqqəti quşların lələklərinin naxışlarına yönəltməyə qərar verib.

“Mən təbiətin qoynunda böyümüşəm, şimal-şərqdə hər cür quş var idi”, Zinski deyir.

Zinski son onillərdə Şimali Amerikanın quş əhalisinin dörddə birinin, yəni təxminən üç milyon quşun ətraf mühit problemləri səbəbilə yoxa çıxdığını öyrənəndə çox təəcüblənmişdi.

“Mən yaxşı xatırladığım bütün quşlarla bağlı araşdırma apardım və onların azı 90 fazinin nəsli tükənməkdə olan növlərin siyahısında olması məni təəcübləndirdi”, Zinski söyləyir.

Zinski sənət əsərlərini rəngli şüşələri çevik şüşə tellərə çevirən alətlə hazırlayır.

“Şüşə tel uzandıqca əriyir və ona görə də çox isti olur. O müəyyən bir uzunluqda olmalıdır ki, soyusun və düzgün keyfiyyətdə olsun”, o deyir.

Quşların lələklərinin quruluşu Zinskini heyrətləndirir.

Zinski kompyuterdə quşların şəkillərinə yaxından baxır.

“Mən şəkilləri yaxınlaşdırıb, lələyin quruluşunu təhlil edə bilirəm” – deyə, o bildirir.

Müxtəlif quşlar onu heyrətə salır.

“Mən bəzən bir tərəfi kişi rəngləri, digər tərəfi isə qadın rənglərindən ibarət parçlar hazırlayıram”, o bildirir.

Zinski dizaynını bitərəndən sonra şüşə telləri istiyə dözümlü əlcəklərdən istifadə edərək sobanın içində vaza formasına salır.

Onun geniş kütlələr tərəfindən bəyənilən şüşə vazaları dünya boyu muzey və sərgilərdə nümayiş etdirilir.

“Mən hər gün sevdiyim işi gördüyümə görə şanslıyam”, o deyir.

XS
SM
MD
LG