“Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb".
Bu barədə avqustun 6-da Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Şirvan şəhər Mərkəzi Xəstəxanası ilə əlaqəli cinayət işi açılıb.
Açıqlamada xəstəxananın direktoru İlham Mustafayevin bəzi qanunsuz əməllərdə şübhəli sayıldığı qeyd edilir: "Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb".
Bu açıqlamaya, orada yer alan ittihamlara, hələlik, İ.Mustafayevin və ya onun vəkilinin münasibətini almaq mümkün olmayıb.