Accessibility links

İslam Dövlətinin 3 il əsir saxladığı foto-jurnalist vətəninə qayıdıb


Cümə günü ailəsinin Yohanesburqdan bildirdiyinə görə, üç il Suriyada İslam Dövlətində əsirlikdə qalan Cənubi afrikalı foto-jurnalist vətənə qayıdıb.

Şiraz Mədəmməd 2017-ci ilin əvvəlində girov götürülmüşdü. `Gift of the Givers` xeyriyyə qrupu Şiraz Məhəmmədin Suriyaya xalqın vətəndaş müharibəsi şəraitindəki dəhşətli həyatını sənədləşdirmək üçün getdiyini bildirmişdi.

Xeyriyyə qrupu özünün Tweeter səhifəsində foto-müxbirin sərbəst buraxıldığını və evə dönmək üçün Cənubi Afrika ilə Türkiyə hökumətləri arasında koordinasiyanın tamamlanmasını gözlədiyini bildirmişdi.

Şiraz Məhəmmədin sərbəst buraxılması ilə bağlı detallar bəlli deyil. Reuters xəbər agentliyi `Gift of the Givers`ə istinadən Cənubi Afrika Xarici İşlər Nazirliyinin Məhəmmədin yanında olduğunu Türk kəşfiyyatı ilə əlaqə saxladığını təsdiqlədiyini bildirib. Lakin xeyriyyə qrupu əlavə məlumat verməyib.

XS
SM
MD
LG