Accessibility links

Pxenyan “məhvedici kiber əməliyyatlar” üçün ABŞ texnologiyasından istifadə edir 


Qlobal kiber təhlükə kəşfiyyatı şirkətinin verdiyi məlumata görə, Şimali Koreyanın yüksək səviyyəli rəhbərliyi ABŞ texnologiyasını əldə etmək üçün beynəlxalq sanksiyalardakı boşluqlardan sui-istifadə edir. Pxenyan bu texnologiyadan “məhvedici kiber əməliyyatlar”ı aparmaq üçün istifadə edir.

Massaçusetsdə fəaliyyət göstərən Recorded Future-ın (Qeydə Alınan Gələcək) araşdırmasının nəticələrinə əsasən, ixrac qadağaları və məhdudiyyətləri Şimali Koreyanın nüvə silahları proqramı üçün texnologiya əldə etməsinin qarşısını almaqda müvəffəq olsa da, kompüter proqramlarının Şimali Koreyaya daxil olmasının qarşısını almır.

“Texnologiyanın istehsalı ilə paylaşdırılmasının qloballaşması səbəbilə, ixraca ənənəvi yolla nəzarət etmək kompüter texnologiyaları üçün yaxşı nəticə vermir," deyə Şimali Koreya İnternet Əməliyyatları üçün ABŞ Texnologiyasından Asılıdır adlı kitabın müəlliflərindən biri olan Prisilla Moriuçi deyib.

Gələcək sammit

Hesabatda Moriuçu və həm-müəllifi Fred Uolens "Şimali Koreyaya qarşı hərtərəfli sanksiyaların tətbiq olunması üçün birgə qlobal səylərə” çağırır. Onlar xəbərdarlıq edir ki, bu sanksiyalar olmadan Pxenyan “Qərb texnologiyasının yardımı ilə kiber müharibə əməliyyatlarını davam etdirə biləcək.”

Hesabat Şimali Koreya lideri Kim Conq Un və ABŞ prezidenti Donald Trampın Şimali Koreyanın iqtisadi imtiyazlar və təhlükəsizlik təminatları qarşılığında nüvə silahları programına son qoymasına yönəlmiş sammit üçün Sinqapurda bir araya gəlməsindən bir neçə gün öncə açıqlanıb.

Lakin ABŞ Dövlət Departamentinin Terrora qarşı Mübarizəyə Yardım Proqramının yüksək səviyyəli keçmiş müşavirinin sözlərinə görə, bəziləri Şimali Koreyanın kiber təhlükə imkanlarını nüvə silahları qədər təhlükəli hesab edir.

Moriuçu Ceyberscoop-a deyib ki, hətta iyunun 12-də keçiriləcək sammitə hazırlıqlar görüldüyü bir vaxt belə, Şimali Koreya kiber hücumlarını davam etdirib. Cyberscoop-un verdiyi məlumata görə, mayın 28-də Milli Təhlükəsizlik Departamenti ilə Federal Təhqiqatlar Bürosu Şimali Koreyanın hakerlik fəaliyyəti ilə əlaqəsi olan Hidden Cobra ilə bağlı birgə xəbərdarlıq yayıb.

Silikon Vadisində fəaliyyət göstərən kiber-təhlükəsizlik şirkəti, FireEye, Şimali Koreyanın 2016-cı ildə Banqladeşin Mərkəzi Bankından milyonlarla dollar pul oğurlamasına görə məsuliyyət daşıyan Lazarusun kiber hücumlarının üstünü açıb. Lazarusun həmçinin 2104-cü ildə SonyPictures-ə qarşı edilən haker hücumuna görə də məsuliyyət daşıdığı güman edilir.

Lüks mallar

Recorded Future hesabatına əsasən, ABŞ texnologiyası Şimali Koreyaya necə gedib çatıb? Bu suala cavabın bir hissəsi "lüks mallar" sözünün mənasındakı beynəlxalq ziddiyətlərə bağlıdır. Belə ki, Birləşmiş Millətlər Təşkilatı, 2016-cı ildə qəbul edilən Şimali Koreyaya ixraclar ilə bağlı 2321 nömrəli qətnaməyə elektronika daxil edilməsə də, hər bir üzv ölkəyə "lüks mallar" sözünü istədikləri kimi yozmaq icazə verilmişdi. ABŞ isə "lüks mallara" laptop kompüterləri, rəqəmsal musiqi pleyeri, böyük düz ekran televizorları və elektron əyləncə softveyrlərini daxil edib.

Hesabata əsasən, digər bir amil isə ondan ibarətdir ki, 2002-ci ildən 2017-ci ilədək olan bir müddətdə ABŞ yeddi il boyunca “Şimali Koreyaya kompüter və elektron malların ixracına icazə verib.” Həmin müddətdə leqal ixracların dəyəri 430 min dolları keçib.

Recorded Future bildirib ki, həmin avadanlıqların çoxundan hazırda istifadə olunur və Şimali Koreyanın partiya, ordu və kəşfiyyat liderləri və onların ailələri daxil olmaqla, hakim elitası internetə daxil ola bilmək üçün Apple, Microsoft və IBM kimi ABŞ şirkətlərinin istehsal etdiyi avadanlıqlardan istifadə edir.

Üçüncü element isə odur ki, Şimali Koreya “sanksiyalardan yayınmaq üçün vasitəçilərdən istifadə edir və internetdə kimlikləri dəyişir.”

XS
SM
MD
LG