Accessibility links

Şimali Koreya lideri Trampla ikinci görüşün müzakirə edildiyi bir vaxt Çinə səfər edib


Şimali Koreya lideri Kim Conq Un və həyat yoldaşı Ri Sol Cu
Şimali Koreya lideri Kim Conq Un və həyat yoldaşı Ri Sol Cu

Şimali Koreya lideri Kim Conq Un prezident Şi Tsinpin ilə danışıqlar aparmaq üçün dörd günlük Çin səfərindədir.

Kimi və həyat yoldaşı Ri Sol Cunu, o cümlədən bir neçə yüksək vəzifəli rəsmiləri daşıyan xüsusi qatar çərşənbə axşamı səhər saatlarında Pekinə çatıb. Şimali Koreyanın rəsmi televiziya kanalı Kimin Pekinə prezident Şinin dəvəti ilə getdiyini bildirir.

Bu, keçən ildən bəri Kimin Şimali Koreyanın əsas diplomatik və iqtisadi tərəfdaşı olan Çinə dördüncü səfəridir. Bu arada, ABŞ prezidenti Donald Tramp Kim ilə ikinci zirvə görüşünün keçirilməsi ilə bağlı danışıqların aparıldığını deyir: “Biz görüşün harada keçiriləcəyini müzakirə edirik. Çox güman ki, yaxın gələcəkdə elan ediləcək.”

Bu, keçən ildən bəri Kimin Şimali Koreyanın əsas diplomatik və iqtisadi tərəfdaşı olan Çinə dördüncü səfəridir.
Bu, keçən ildən bəri Kimin Şimali Koreyanın əsas diplomatik və iqtisadi tərəfdaşı olan Çinə dördüncü səfəridir.

Kim bu yaxınlarda Trampla yenidən üz-üzə görüşməyə hazır olduğunu desə də, əlavə edib ki, ABŞ “qarşılıqlı tədbirlər” görməsə, ölkəsi başqa xətt götürə bilər. Şimali Koreya lideri həmçinin Vaşinqtonun təzyiq taktikasından narazı olduğunu ifadə edib.

XS
SM
MD
LG